Okt 20, 2019 07:42 Asia/Baku
  • Ruhani: İran xalqı ABŞ qarşısında möhkəm dayanıb
    Ruhani: İran xalqı ABŞ qarşısında möhkəm dayanıb

İran İslam Respublikası prezidenti bildirib ki, İran xalqı bu illərdə öz izzəti və böyüklüyünü yaxşı qoruyub saxlayıbdır. O, deyib ki, Amerika və müttəfiqləri heç vaxt iranlıları dizə çökdürə bilməyəcəklər.

Həsən Ruhani dünən gecə Tehranda Müqəddəs Müdafiə dövrünün 70 faizlik əlili Adil Kərimi Givi ilə görüşdə şəhidlər, müharibə əlilləri və fədakar döyüşçülərin ailələrinin şücaətləri, səbirləri və fədakarlıqlarını yüksək qiymətləndirərək, qeyd edib ki, şəhidlər, müharibə əlilləri və fədakar döyüşçülər düşmənlər qarşısında və Müqəddəs Müdafiədə İran xalqının qələbələrində dəyərli paya malikdirlər.

İran İslam Respublikası prezidenti İrana təzyiq göstərmək və zərbə vurmaq üçün Amerika, sionist və səud rejimlərinin bölgədəki səyləri və təzyiqlərinə işarə edərək, deyib ki, İran xalqı bütün təzyiqlər qarşısında qüdrətlə dayanıbdır.