Okt 21, 2019 13:33 Asia/Baku
  • Zərif: Multilateralizm bir zərurətə çevrilib
    Zərif: Multilateralizm bir zərurətə çevrilib

İranın xarici işlər naziri bildirib ki, dünya ictimaiyyətində multilateralizm bir zərurətə çevrilib. O, deyib: Bizim müasir dünyamızda nə bütün reallıqlar Qərbdə baş verir, nə də ki, Qərb beynəlxalq hadisələr üçün bütün qərarları çıxara bilər.

Məhəmməd Cavad Zərif bu gün Əllamə Təbatəbai adına universitetdə keçirilən "Unilateralizm və beynəlxalq hüquqlar" adlı beynəlxalq konfransda deyib: Multilateralizm bir seçim deyil, bir zərurətdir. Hökumətlər əslində öz hakimiyyətləri üçün çox xəsiscəsinə əməl ediblər və edirlər və əgər hökumətlərin öz problemlərinin həllində çoxtərəfliliyə qəti ehtiyacları olmasaydı, heç vaxt multilateralizm yayılmazdı.

İranın xarici işlər naziri əlavə edib: Buna görə görürük ki, çoxtərəfli diplomatiya bir reallıq kimi beynəlxalq səhnədə meydana gəlib və özünü göstəribdir. Bunlar birtərəfli həll yollarının mümkün olmamasına görədir.

Zərif deyib: Çoxtərəflilik insan cəmiyyəitinin qəti ehtiyacıdır və onillərdir ki, dünyanın multilateralizmsiz həyatı yoxdur.

O, əlavə edib: Bəzi sahələrdə multilateralizmi fikirləşdmədən qəbul edirik; misal üçün, telefonun dəstəyini qaldırarkən və ya bir yerə telefon vurarkən. Təyyarəyə minərkən və bir yerə səfər edərkən. Unuduruq ki, multilateralizmin çoxlu sayda qaydaları bizim səfərimiz və telefon danışığımızı mümkün edibdir. Əgər bu çoxtərəfli imkanlar olmasaydı,  indi bizə təbii görünən minimum adi münasibətləri qura bilməzdik.

İranın xarici işlər naziri deyib: Hazırkı şəraitdə multilateralizm beynəlxalq ictimaiyyətdə hər zamandakından daha çox bir zərurətə çevrilib. İndi şərait elədir ki, daha dünya, Qərb deyildir. Əlbəttə, bu, anti-Qərb olmaq, Qərbin iqtisadiyyat, siyasət, müdafiə məsələləri, elm və sənaye sahələrindəki nisbi üstünlüklərini unutmaq demək deyildir.