Okt 21, 2019 17:26 Asia/Baku
  • İran nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq üzrə dördüncü addımı atmağa hazırdır
    İran nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq üzrə dördüncü addımı atmağa hazırdır

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Tehranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq üzrə dördüncü addımı atmağa hazır olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün daxili və xarici müxbirlərlə həftəlik brinfinqində nüvə anlaşmasındakı öhdəliklərin azaıdılması üzrə dördüncü addımın atılması ilə bağlı son olaylar barədə belə deyib: Dördüncü addım işlənib hazırlanıb və İran onu atmağa hazırdır.

Mousəvi eyni zamanda ümidvarlıq edib ki, nüvə anlaşmasında qalan ölkələr öz öhdəliklərinin yerinə yetirəcəklər ki, daha iş nüvə anlaşmasındakı öhdəliklərin azaıdılması üzrə dördüncü addımın atılmasına çəkməsin.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi nüvə anlaşmasının qorunması üzrə 18 milyard dollarlıq Fransa-Yaponiya layihəsi barədə isə belə deyib: Bu, elə o layihədir ki, fransızlar onu izləyirdilər və müəyyən yerədək də irəlilətmişdilər, amma başqa bir ölkədən icazə almalı olduqlarına görə, indiyədək nəticəsiz qalıbdır.

Mousəvi həmçinin Livandakı son çaxnaşmalara toxunub: İran ölkələrin daxili işlərinə qarışmır və ümid edir ki, bütün qrup və partiyaların həmkarlığı ilə asayiş Livana qayıdacaq.

İran diplomatiya aparatının sözçüsü Türkiyənin Suriya ərazisində hərbi baza yaratmağa çalışması haqda isə belə deyib: Türklər öz sərhədlərində bazaya malik ola bilərlər, amma Suriya torpağında baza yaratmaq qəbuledilməzdir və BMT-yə üzv müstəqil bir ölkəyə təcavüz hesab olunur.

Mousəvi Əfqanıstan seçkiləri barədə son hadisələrlə bağlı söyləyib: İran vahid bir Əfqanıstan, bu ölkədə müstəqil və qanuni bir hökumət istəyir və bu qənaətdədir ki, bütün əfqan qruplar hökumətdə şərik olmalıdırlar və bu məsələnin həll yolu, xarici tərəfin müdaxiləsi olmayan bir dialoqdur.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi əks-inqilbaçı  “Aməd-Nyus” saytı şəbəkəsinin başçısı və düşmənin baş media qollarından olan Ruhollah Zəmin həbs olunmasına da işarə edib. O, deyib ki, Zəm casusluq və təxribatçılıq təşkilatları ilə əlaqədə olub və açıq şəkildə onu etiraf edibdir.

Mousəvi həmçinin Qoşulmama Hərəkatı ölkələrinin iclasında iştirak etmək üçün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Bakıya qarşıdakı səfərindən xəbər verib. Qeyd edib ki, bu iclas cümə və şənbə günləri Bakıda keçiriləcək.