Noy 06, 2019 14:28 Asia/Baku
  • İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addımının atılması başlandı

İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addımının atılması bu gün Fordo nüvə təsisatlarında başlandı.

İranın Atom Enerjisi Təşkilatı bir məlumatda bildirib: Ölkə prezidentinin və İran Ali Milli Təhlükəsizlik Şurasının göstərişlərinin icrası istiqamətində bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında UF6 – “Uran Hexafluorid” qazından təqdibən 2 min kiloqrama malik olan 2800 kiloluq silindr Nətənz zənginləşdirmə kompleksindən Fordo zənginləşdirmə kompleksinə köçürüldükdən sonra kompleksin təminetmə zalında yerləşdirildi.

İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addımının atılmasını elan edərək, dedi: Nüvə anlaşmasının bütün tərəfləri bilməlidirlər ki, İran birtərəfli surətdə bu anlaşmaya sadiq qala bilməz.

Ruhani vurğuladı: İranın dördüncü addımı da öncəki addımlar kimi geridönəsidir və əgər nüvə anlaşmasının bütün tərəfləri öz öhdəliklərinə geri dönərlərsə, İran İslam Respublikası da öz öhdəliklərini icra edəcəkdir.

Amerika 2018-ci il mayın 8-də birtərəfli şəkildə 2015-ci ildə imzalanmış İranın 5+1 ölkələri ilə nüvə anlaşmasından çıxdı.

Tehran Amerikanın birtərəfli surətdə nüvə anlaşmasından çıxmasından bir il və avropalıların Amerikanın İrana qarşı sanksiyalarının əvəzini çıxmaq sahəsindəki vədlərinə əməl etməmələrindən sonra öz nüvə anlaşması öhdəliklərini etaplarla azaltmağa başladı.

İranın öhdəliklərinin azaldılması 4-cü addımdan öncəyədək uran zənginləşdirilməsi faizinin 3,67%-dən yuxarı qaldırılması, zənginləşdirilmiş uran ehtiyatının artırılması və nüvə anlaşmasındakı araşdırma və inkişaf sahəsindəki bütün öhdəliklərinin dayandırılmasına şamil olubdur.

 

 

Teqlər