Noy 08, 2019 14:29 Asia/Baku
  • Qəribabadi: Səudiyyə Ərəbistanı öz gizli nüvə fəaliyyətlərinə son qoymalıdır
    Qəribabadi: Səudiyyə Ərəbistanı öz gizli nüvə fəaliyyətlərinə son qoymalıdır

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi deyib: Səudiyyə Ərəbistanı gizli nüvə fəaliyyətlərinə son qoymalı və əməkdaşlıq və şəffaflıqda İranı özünə nümunə götürməlidir.

Kazem Qəribabadi MAQATE İdarə Heyətinin xüsusi iclasında iştirak etdikdən sonra Səudiyyə Ərəbistanı nümayəndəsinin İranın agentliklə i tam əməkdaşlığının zəruriliyinə dair sözlərinə cavab olaraq əlavə edib: Ərəbistan kralı agentliyin dəfələrlə xahiş etməsinə rəğmən, hələ müahidə ilə bağlı əhatəli razılaşmanı qəbul və icra etməyib və MAQATE müfəttişlərinin bu ölkənin nüvə fəaliyyətlərinə baş çəkmələrinə icazə verilmir. Ərəbistan nümayəndəsi belə olan şəraitdə necə şəffaflıq və əməkdaşlıqdan danışa bilər?!

Qəribabadi həmçinin ABŞ nümayəndəsinin MAQATE İdarə Heyətinin xüsusi iclasında agentliyin müfəttişlərinin peşəkar işinə tam inanmasına dair çıxışına reaksiyada deyib: Əgər Amerika agentliyin və onun müfəttişlərinin peşəkar fəaliyyətləri və rəftarlarına inanırsa, bəs nə üçün İranın nüvə anlaşmasına tam şəkildə sadiq qaldığını təsdiq edən elə bu agentliyin və onun müfəttişlərinin 16 ardıcıl hesabatına inanmadı və birtərəfli və qeyri-qanuni olaraq nüvə anlaşmasını tərk etdi?!

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi sionist rejim nümayəndəsinin İranın nüvə proqramı barədəki sözlərinə reaksiyada isə belə deyib: Bu rejim əvvəlcə öz əllərini təcavüzlər və cinayətlərdən, həmçinin kütləvi qırğın silahlarından təmizləməli və sonra bu iclasa daxil olmalıdır.

 

Teqlər