Noy 09, 2019 11:34 Asia/Baku
  • Zəlzələnin ikinci günü
    Zəlzələnin ikinci günü

Şərqi Azərbaycan vilayətində zəlzələdən zərərçəkənlərə yardım sürətlənib; dünənsəhərki zəlzələ bölgənin 6 şəhəri və 145 kəndini təsir altına alıb.

Vəliyye Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi bu gün gecə Miyanənin Vərənkeş kəndinə baş çəkib.

Hocətulislam vəlmuslimin Ale-Haşem bu "gecə ziyarəti" zamanı İslam İnqilabının Böyük Rəhbərinin zəlzələdən zərər çəkənlərə başsağlığı və həmdərdliyini bəyan edib. O, həmçinin bu baxış zamanı zəlzələdən zərər çəkənlərin çadırlarında olub, yardımçılarla söhbət edərək, bu bölgələrin son durumu ilə tanış olub.

Dünən gecə saat 02:17 dəqiqədə Rixter şkalası ilə 5,9 bal gücündə yeraltı təkan Miyanə bölgəsinin Tərk şəhərininin ətrafını titrədib və 6 şəhəri və 145 kəndi təsir altına alıbdır.

Zəlzələ beş nəfərin ölümünə, beş yüzdən çox insanın bədən xəsarəti almasına bais olub.

Miyanə və Sarab bölgələrində 2300-ə yaxın yaşayış evi zərər çəkibdir.