Noy 10, 2019 08:40 Asia/Baku
  • İranın məqsədi, nüvə anlaşmasını qorumaq və xilas etməkdir
    İranın məqsədi, nüvə anlaşmasını qorumaq və xilas etməkdir

İran xarici işlər nazirinin siyasi müavini Moskvada keçirilən nüvə silahlarının yayılmaması üzrə beynəlxalq konfransda İranın nüvə anlaşması öhdəliklərinin azalmasına işarə edərək, deyib ki, Tehranın nüvə anlaşması addımları bu beynəlxalq anlaşmanın maddələrinə uyğun olaraq və onu xilas etmək məqsədilə atılır.

Seyyed Əbbas Əraqçi vurğulayıb ki, nüvə anlaşmasının hazırkı şəraitə düşməsində İranın təqsiri olmayıbdır. O, deyib: Tehran Amerikanın nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasından sonra avropalılara bir il fürsət verdi ki, bu beynəlxalq anlaşma qarşısındakı öhdəliklərinə əməl etsinlər, amma onlar bu istiqamətdə heç bir addım atmadılar.

İranın nüvə anlaşmasından qabaq və sonrakı dövrlərdəki aqilanə rəftarı və xoşməramlılıq yanaşı olan fəaliyyətinə nəzər salan Əraqçi Tehranın məsuliyyətli yanaşması və İranın dialoq və anlaşma ilə bağlı inamına işarə edib. Qeyd edib ki, hər bir beynəlxalq razılaşmanın davam etməsi bütün tərəflərin öhdəliklərini ifa etmələrini tələb edir.

İran xarici işlər nazirinin siyasi müavini Amerikanın İrana qarşı sanksiyalarını “iqtisadi savaş” adlandırıb. Bildirib ki, hazırkı gərginliklərə son qoymağın yeganə yolu, “bu iqtisadi savaşda atəşkəs”dir.

Almaniya, İngiltərə və Fransa Amerikanın nüvə anlaşmasından qanunsuz olaraq geri çəkilməsindən sonra İranın iqtisadi maraqlarına zəmanət verərək bu anlaşmanı qoruyacaqlarına söz verdilər. Bu ölkələr ABŞ-ın hərəkətlərinə qarşı şifahi və siyasi mövqelərinə baxmayaraq, indiyədək bu anlaşmanı qorumaq üçün verdikləri sözə əməl etməyə müvəffəq olmayıblar.