Noy 10, 2019 12:21 Asia/Baku
  • İran və Rusiya müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsini vurğualyıblar
    İran və Rusiya müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsini vurğualyıblar

İran və Rusiya xarici işlər nazirlərinin müavinləri müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün qarşılıqlı əzmkarlığa təkid ediblər.

İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas Əraqçı və Rusiya xarici işlər nazirinin müavini İqor Morqulovun nüvə silahlarının yayılmaması üzrə beynəlxalq konfrans çərçivəsində keçirdikləri görüşdə iki tərəf qarşılıqlı münasibətlərin inkişaf yollarını araşdırıb.

Ən önəmli regional və beynəlxalq məsələlərin araşdırılması da Əraqçi-Morqulov dialoqunun digər mehvərlərindən olubdur.

Nüvə silahlarının yayılmaması üzrə beynəlxalq konfransda iştirak üçün Moskvaya səfər etmiş Seyyed Əbbas Əraqçı dünən də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, həmçinin Rusiya xarici işlər nazirinin müavini və bu ölkə prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov ilə görüşmüşdü.

Teqlər