Noy 10, 2019 15:06 Asia/Baku
  • Yəməndə BƏƏ ilə səudiyyə arasında ixtilaf artıb
    Yəməndə BƏƏ ilə səudiyyə arasında ixtilaf artıb

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi bildirib ki, əmirliklər ildə 16 milyard dollar, ərəbistan isə gündə 200 milyon dollar Yəməndə xərc çəkiblər. O, deyib: Yəmənə təcavüz məsələsində əmirliklər ilə ərəbistan arasında ixtlaf və fikir ayrılığı günü-gündən artır.

Əli Əsğər Xaci IRIB ilə müsahibədə Yəmənin siyasi olayları barədə əlavə edib: Səudlar və BƏƏ-çilər Yəməndə son dərəcə kövrək meydan vəziyyətində yerləşirlər.

Xaci Yəmənin hazırkı şəraitini keçmişlə müqayisə edərək, deyib: Yəmən xalqı qıtlıq və mühasirə şəraitində boş əllə müqavimət göstərə bildi və hazırda meydan baxımından üstünlüyə malikdir.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi həmçinin bildirib ki, ərəbistan əhdə xilaf çıxaraq, Stokholm razılaşmasını icra etmədi. O, deyib: BMT, dünya ictimaiyyəti və müxtəlif ölkələr Yəmən Ənsarullahının bu razılaşmadakı təşəbbüsünü alqışladılar, amma təəssüflə, qarşı tərəf müşayiət etmək yerinə, öz sabotajını davam etdirdi.

Xaci Tehranın Yəmən məsələsinin həlli üzrə sülh layihəsinə işarə edərək, söyləyib: İranın layihəsi atəşkəsə, mühasirənin qaldırılmasına, humanitar yardımların təqdiminə, yəmənli-yəmənli danışıqlarının bərpasına və əhatəli bir hökumətin təşkilinə əsaslanır.