Noy 11, 2019 18:58 Asia/Baku
  • Ruhani: İranın nüvə gücü ən yaxşı şəraitdədir
    Ruhani: İranın nüvə gücü ən yaxşı şəraitdədir

İran İslam Respublikasının prezidenti ölkənin nüvə biliyi sahəsindəki irəliləyişlərinə işarə edərək, deyib: Bu gün İran nüvə gücü sahəsində hər zamandakından ən yaxşı şəraitdədir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün ölkənin Kerman vilayətinin Rəfsəncan bölgəsi əhalisinin şövqlü toplantısında əlavə edib: Son illər ərzində İranda nüvə enerjisi sahəsində araşdırma və inkişaf əməliyyatı davam edib və bu gün ölkənin fəaliyyət göstərən sentrifuqalarının müxtəlifliyi beş növdən on beş növədək artıbdır.

Ruhani bildirib ki, İranda nüvə biliyi sahəsində araşdırma və inkişafın davam etməsi üçün bir maneə yoxdur. O, söyləyib: İran var gücü ilə düşmənlərin qarşısında müqavimət göstərir və əsla onların zorakılıqlarına təslim olmayacaqdır.

İran İslam Respublikasının prezidenti həmçinin bildirib ki, nüvə anlaşmasının qorunması təqdirində ölkə gələn il böyük bir təhlükəsizlik və müdafiə nailiyyəti əldə edəcəkdir.

O, əlavə edib: Əgər BMT-nin 2231 saylı qətnaməsinə əsasən, nüvə anlaşması qorunarsa, gələn il İrana qarşı silah sanksiyası götürüləcək və ölkə bu sahədə silah satın almaq və ixrac etmək imkanı əldə edəcəkdir.

Ruhani qərblilərin nüvə anlaşmasındakı sədaqətsizliklərinə də toxunub. Bildirib ki, İran nüvə anlaşması tərəflərinin sədaqətsizlikləri qarşısında etaplarla öhdəliklərini azaldıb, bu da düzgün yoldur.

 

 

 

Teqlər