Noy 13, 2019 19:57 Asia/Baku
  • BMT ABŞ-ın İrana qarşı qeyri-insani sanksiyalarını tənqid edib

BMT rəsmisi ABŞ-ın İrana qarşı qeyri-insani sanksiyalarına reaksiyada Vaşinqtonun Beynəlxalq Ədalət Məhkəməsinin bu barədəki qərarlarını yerinə yetirməsini istəyib.

BMT baş katibi sözçüsünün müavini Fərhan Həqq dünən müxbirlər qarşısında Amerikanın bəzi dərman preparatları və səhiyyə ləvazimatları sahəsində İrana qarşı sanksiyaları nəticəsində EB xəstəliyinə tutulmuş on beş uşağın ölüm xəbərini verərək deyib: Amerika və bütün ölkələr Beynəlxalq Ədalət Məhkəməsinin bu barədəki qərarlarını yerinə yetirməlidirlər.

Beynəlxalq Ədalət Məhkəməsinin 2018-ci il oktyabr göstərişinə əsasən, Amerika İrana dərman preparatları və səhiyyə ləvazimatlarının ixracatı sahəsində 2018-ci il 8 may tarixli sanksiyalardan irəli gələn maneələri aradan qaldırmalıdır.

İranın EB xəstələri evinin direktoru son zamanlar xəbər verdi ki, bu xəstələr üçün dərman istehsal edən isveçli şirkət bildiribdir ki, Amerikanın sanksiyalarına görə, İranın dərman sifarişlərini göndərə bilməz.