Noy 15, 2019 07:54 Asia/Baku
  • Anti-İran qətnaməsi mötəbər deyil
    Anti-İran qətnaməsi mötəbər deyil

İran Xarici İşlər Nazirliyinin sözçüsü BMT Baş Assambleyasının üçüncü komitəsində İrana qarşı insan haqları qətnaməsinin qəbul olunmasını qeyri-mötəbər və qanunsuz adlandırıb.

Seyyed Əbbas Mousəvi dünən gecə BMT Baş Assambleyasının üçüncü komitəsində İrana qarşı insan haqları qətnaməsinin qəbul olunmasına cavab olaraq, deyib: İnsan haqlarına riayət İranın milli təhlükəsizliyi və maraqları çərçivəsində İran İslam Respublikası üçün şəri, qanuni və mövzu zərurətlərindəndir.

Mousəvi əlavə edib: İnsan haqlarının sistematik şəkildə pozulmasında uzun keçmişə malik olan, bütün dünya xalqlarının onların müdaxilələrindən acı təcrübələri yaddaşlarında həkk etdikləri və hətta bu gün də onların müttəfiqlərinin işğalçılıqları, diktatorluqları və sonsuz savaşlarının qurbanları olduqları hökumətlərin İranın dövləti və xalqına insan haqları barədə tövsiyələr verməyə haqları çatmır.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi söyləyib: Anti-İran qətnaməsi elə bir halda irəli sürülür ki, onun əsas banilərindən olan Amerika İran xalqına qarşı iqtisadi terrorizmi tətbiq etməklə qadınlar, uşaqlar, qocalar və xəstələr xüsusiyyət təşkil etməklə 83 milyon nəfərdən çox İran vətəndaşının ən ümdə insan hüquqlarını pozmaqdadır.

 

Teqlər