Noy 17, 2019 18:52 Asia/Baku
  • İslami Birlik konfransının yekun bəyanatı
    İslami Birlik konfransının yekun bəyanatı

33-cü beynəlxalq İslami Birlik konfransı dünən gecə bir bəyanat yayaraq, Tehranda öz işini başa vurub.

33-cü beynəlxalq İslami Birlik konfransının iştirakçıları bu bəyanatda əsrin sövdələşməsi çərçivəsində müsəlmanların ilk qibləsi olan Məsciduləqsaya təcavüzü pisləyiblər. Onlar islami ölkələrin bu müqəddəs məscidi müdafiə etmələrini istəyiblər.

Bəyanatda Məsciduləqsaya təcavüz İslam müqəddəslərinə qarşı təhlükəli bir fitnə adlandırılıb. Bildirilib ki, islami ölkələr onun qarşısında ciddi və qətiyyətli mövqe tumalıdırlar.

33-cü beynəlxalq İslami Birlik konfransında iştirak edən şəxsiyyətlər bu bəyanatda həmçinin İran İslam Respublikasının Fələstin, Məsciduləqsa və müqavimət cəbhəsinin müdafiəsi sahəsindəki prinsipial və möhkəm mövqeyinə görə təşəkkür ediblər. Onlar Amerika hökumətinin İran xalqına qarşı iqtisadi savaşı və qanunsuz hərəkətlərini pisləyiblər.