Noy 18, 2019 07:56 Asia/Baku
  • İranın Pompeonun müdaxilə mahiyyətli sözlərinə cavabı
    İranın Pompeonun müdaxilə mahiyyətli sözlərinə cavabı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə ABŞ-ın dövlət katibi Mayk Pompeonun İranın bəzi şəhərlərindəki bir qrup iğtişaşçıya dəstək verməsinə cavab olaraq, deyib: Pompeokimilərin himayə etdikləri bir qrup anarxist və təxribatçının hərəkətləri İranın müdrik və anlayışlı xalqının hərəkət və rəftar tərzi ilə heç bir vəchlə əlaqəsi yoxdur.

Seyyed Əbbas Mousəvi bu kimi müdaxilə mahiyyətli sözlər və dəstəkləri pisləyərək, deyib: İranın izzətli xalqı yaxşı bilir ki, bu kimi riyakarcasına və hiyləcəgərcəsinə fikirlər heç bir sədaqətli və ürəkyanan həmdərdliyə malik deyillər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın dövlət katibi xüsusiyyət təşkil etməklə bu rejim hökumətinin İran xalqına qarşı nəhs və bədxahcasına niyyətlərinə işarə edərək, əlavə edib: Maraqlıdır, elə bir xalq ilə həmdərdlik ifadə olunur ki, Amerikanın iqtisadi terrorizm təzyiqi altındadır və bundan öncə də elə bu şəxs açıq şəkildə bildirmişdi ki, bizim qarşımızda təslim olsun deyə, İran xalqını ac qoymaq lazımdır.

Ölkəsi İranın daxili işlərinə qarışmaq sahəsində qalın bir işə malik olan Pompeo dünən gecə tvitter-də benzinin qiymətinə düzəlişə görə, İranın bir sıra şəhərlərində baş verən dağınıq şəkildəki etirazlara işarə edərək, iddia etmişdi ki, Vaşinqton İran xalqına dəstək verir.

Pompeo elə bir halda tvitter mesajı yayır ki, Amerika prezidenti Donald Trampın hökuməti 2018-ci ilin mayında qanunsuz şəkildə nüvə anlaşmasından çıxdıqdan sonra İrana qarşı təzyiq tətbiq etmək üçün hərtərəfli kampaniyaya başlayıbdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif son zamanlar bildirdi ki, Amerika İran xalqına qarşı hərtərəfli iqtisadi savaşa girib. O, dedi ki, Vaşinqton iqtisadi savaşla İrana qida, dərman və sərnişin təyyarələri hissələrinin daxil olmasının qarşısını alır.

Cümə günü səhər tezdən İranda benzinin qiymətinə düzəliş layihəsinin icrası ilə ölkənin bəzi şəhərlərində dağınıq şəkildə etirazlar formalaşdı. Bu etirazlar əksər nöqtələrdə dinc şəkildə keçdi, amma bəzi məkanlarda bir qrup xuliqan və quldurun sui-istifadəsi ilə xalqın tələblərindən yayındı.