Noy 19, 2019 19:59 Asia/Baku
  • Zərif Pakistan ordusunun quru qoşunlarının komandanı ilə məşvərət edib
    Zərif Pakistan ordusunun quru qoşunlarının komandanı ilə məşvərət edib

İranın xarici işlər naziri və Pakistan ordusunun quru qoşunlarının komandanı iki ölkə sərhədlərinin təhlükəsizliyi barədə danışıblar.

Məhəmməd Cavad Zərif İranın xarici işlər naziri və Pakistan ordusunun quru qoşunlarının komandanı Qəmər Cavid Bacva bu gün bu görüşdə həmçinin terror qrupları tərəfindən oğurlanmış iranlı sərhədçilərin durumu, müştərək regional həmkarlıqlar, region olayları, o sıradan Əfqanıstan və iki tərəfi maraqlandıran digər mövzular haqda məşvərət ediblər.

Yüksək səviyyəli hərbi heyətlə İrana gəlmiş Pakistan ordusunun quru qoşunlarının komandanı bundan öncə İran İslam Respublikasının prezidenti, İranın silahlı qüvvələrinin baş qərargah rəisi, ordunun baş komandanı və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə də görüşübdür.

 

 

Teqlər