Dek 03, 2019 20:18 Asia/Baku
  • Çin ordusunun rəsmisi general Baqeri ilə görüşüb
    Çin ordusunun rəsmisi general Baqeri ilə görüşüb

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi 25 illik İran-Çin əlaqələri üzrə strategiya sənədinin işlənib hazırlandığını deyib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Mohəmməd Baqeri bu gün Tehranda Çin ordusunun baş komandanının beynəlxalq əlaqələr üzrə müavini general Tszaoyuan Minq ilə görüşdə vurğulayıb ki, iki ölkənin daimi iradəsi əlaqələrin genişləndirilməsidir. O, deyib: Digər ölkələrin siyasət və mövqelərinin Tehran-Pekin əlaqələrində heç bir təsiri olmayacaq.

Çin ordusunun baş komandanının beynəlxalq əlaqələr üzrə müavini də general Baqerinin son Pekin səfərinə toxunub: Bu səfər iki ölkənin silahlı qüvvələrinin həmkarlıqlarının əsasını qoyubdur.

Korpus generalı Tszaoyuan Minq iki ölkənin silahlı qüvvələrinin birgə hərbi komissiyasının ikinci iclasında iştirak etmək üçün yüksək səviyyəli bir heyətlə Tehrana səfər edibdir.

Teqlər