Dek 05, 2019 19:01 Asia/Baku
  • İran Avrasiya sərgisində fəal iştiraka malikdir

İstanbulda ən böyük Avrasiya Plastika Sənayesi Sərgisi açılıb. Sərgidə çox sayda iranlı şirkət iştirak edir.

Qeyd edək ki, İrandan startap şirkətlər daxil olmaqla 38 dövlət və özəl şirkət bu sərgidə iştirak edir.

Neft-kimya üzrə altqurum məhsullarının təmərküzləşdirilməsi və inkişaf etdirilməsi, həmçinin məqsəd bazarlarının artırılması iranlı şirkətlərin prioritetidir.

29-cu Beynəlxalq Avrasiya Plastika Sənayesi Sərgisində Asiya və Avropadan olan qırx ölkənin sənaye sahibləri kimyəvi maddələr, xammal, həmçinin plastik maddələr istehsal edən maşın avadanlıqları sahəsindəki məhsullarını təqdim edirlər.