Dek 06, 2019 08:42 Asia/Baku
  • Kəmalvəndi: İran ilə Rusiya arasında sabit izotoplar layihəsi barədəki müzakirələr keçirilməkdədir
    Kəmalvəndi: İran ilə Rusiya arasında sabit izotoplar layihəsi barədəki müzakirələr keçirilməkdədir

İranın Atom Enerjisi Təşkilatının sözçüsü, Şəhid “Məsud Əlimohəmmədi” adına Fordo nüvə təsisatlarında sabit izotopların istehsalı layihəsinin dayandırılması xəbərinə reaksiyada bildirib ki, sabit izotoplar layihəsinin icra tərzi barədə İran ilə Rusiya arasındakı müzakirələr cərəyan etməkdədir.

Behruz Kəmalvəndi qeyd edib ki, İran İslam Respublikası prezidentinin nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə dördüncü addımın atılması barədəki göstərişinin ardınca Fordo sentrifuqalarının fəallaşdırılmasından sonra sabit izotoplar və uran istehsalının texniki cəhətdən bir zalda problemlər yaratmalarına görə, rus tərəflə müzakirələr aparıldı.

Kəmalvəndi əlavə edib: Texniki problemlərinin aradan qaldırılması məqsədilə bu layihənin icra tərzi barədə müzakirələr cərəyan etməkdədir.

Rusiyanın “RusAtom” şirkəti cümə axşamı günü bir açıqlamada bildirdi ki, Fordo-da uran zənginləşdirilməsinin başlanması ilə sabit radioizotopların istehsalı imkanı mövcud deyildir. “RusAtom” şirkəti qeyd edib ki, bu mərkəzin istifadəçi çevrilməsi layihəsi dayandırılıbdır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu açıqlama barədə belə deyib: Moskva İranda Fordo nüvə təsisatları üzrə istifadəçi dəyişikliyi layihəsinin icrasından vaz keçmir və bu layihəni tamamilə deyil, müvəqətti şəkildə dayandırıbdır.

İranın Atom Enerjisi Təşkilatı Amerika və Avropanın nüvə anlaşması ilə bağlı sədaqətsizliklərinin ardınca İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə dördüncü addımının atılması istiqamətində noyabrın 7-də MAQATE-nin nəzarəti altında Fordo-da uranın yenidən istehsalı və zənginləşdirilməsinə başladı.