Dek 06, 2019 12:32 Asia/Baku
  • Zərif Amerikanın İranın raket proqramı barədə Avropaya vaxtlı xatırlatmasından danışıb
    Zərif Amerikanın İranın raket proqramı barədə Avropaya vaxtlı xatırlatmasından danışıb

İranın xarici işlər naziri ABŞ Dövlət Departamentində İran əleyhinə hərəkət qrupu sədrinin çıxşının hissələrinə istinad edərək, deyib: Brayan Hook 2231 saylı qətnaməyə əsasən, İranın raket sınaqlarının qadağan edilmədiyini etiraf edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən tvitter-də yazıb: Brayan Hook nüvə anlaşmasının avropalı tərəflərinə vaxtlı bir xatırlatma verdi və etiraf etdi ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində raket sınaqları qadağan deyildir.

İranın xarici işlər naziri sonra birbaşa şəkildə Brayan Hookun dünənki çıxışına toxunub: İranla nüvə anlaşmasının qüsurlarından biri budur ki, İranın ballistik raketlərinin sınaqdan keçirilməsinə qoyulmuş qadağaya son qoydu.

Zərif Brayan Hookun ABŞ Dövlət Departamentinin vebsaytında yerləşdirilmiş çıxışının mətninin fotosunu tvitter-dəki mesajına əlavə edibdir.