Dek 06, 2019 16:22 Asia/Baku
  • Kürdüstan vilayətində ümumi matəm elan olunub
    Kürdüstan vilayətində ümumi matəm elan olunub

İran dövlətinin sözçüsü İranın Kürdüstan vilayətinin Səqqez rayonunda keçirilən bir toy mərasimində on bir məzlum kürdün həyatını itirməsi və bir qrup kürdün də yaralanması münasibətilə onların ailələrinə başsağlığı verib.

Kürdüstan valisi də bu gün bir başsağlığı müraciətində bu vilayətdə ümumi matəm elan edib.

Bəhmən Moradniya bir şadlıq sarayında qaz balonunun partlaması hadisəsi ilə bağlı son vəziyyəti və hadisənin miqyasını araşdırmaq, həmçinin həyatlarını itirənlər və bədən xəsarəti alanların ailələri ilə görüşmək məqsədilə bu gün Səqqez rayonuna gedibdir.

Kürdüstan valisinin müavini Hoseyn Xoşeqbalın sözlərinə görə, hadisə sobaya qoşulmuş qaz şlanqından qazın sızması nəticəsində baş verib. Hadisədə qonaqlardan on bir nəfərin həyatını itirməsindən əlavə, 38 nəfər də bədən xəsarəti alıbdır. O, əlavə edib: Yardım və xilasetmə qruplarının hadisə yerinə göndərilmələri ilə bədən xəsarəti alanlar müalicə mərkəzlərinə köçürülüblər.