Dek 07, 2019 19:20 Asia/Baku
  • Doktor Soleymani ABŞ məhbəsindən azadlığa çıxdı
    Doktor Soleymani ABŞ məhbəsindən azadlığa çıxdı

İranlı alim Məsud Soleymani qanunsuz şəkildə bir il Amerikada həbsdə saxlanıldıqdan sonra azad edilərək, İrana geri dönübdür.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bir tvitt-də Məsud Soleymaninin vəziyyəti barədə yazıb: Çox şadam ki, professor doktor Məsud Soleymani və cənab Ven tezliklə öz ailələrinə qovuşacaqlar. Bu məsələdə fəaliyyət göstərmiş bütün kəslərə, xüsusən İsveçrə hökumətinə təşəkkür edirəm.

Bu prosesdə həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi, həmçinin məhkəmə və təhlükəsizlik orqanlarının razılıq və həmkarlıqları ilə casusluq cinayəti ilə İranda öz məhkumluq dövrünü keçirən Amerika vətəndaşı Tszyao Ven islami mərhəmət sayəsində azad edilərək, Amerikaya geri dönmək üçün isveçrəli rəsmilərə təhvil verilibdir.