Dek 11, 2019 13:25 Asia/Baku
  • Rus mütəfəkkirlərlə İranın media heyəti arasında görüş keçirilib

Moskvada İranın media heyətinin üzvləri ilə bir qrup tanınmış rus mütəfəkkir və analitik arasında görüş keçirilib.

İran-Rusiya media əməkdaşlığı komitəsinin ikinci yığıncağının davamında İranın media heyətinin üzvləri Rossiya-Today və Zvezda telekanalları, həmçinin “Rossiya Sevodnya”(Rossiya Seqodnya) informasiya agentliyinin müxtəlif bölmələrində olaraq, rus mütəfəkkirlərin iştirakı ilə keçirilən ixtisaslaşdırılmış yığıncaqda Amerika və Qərbin Tehrana və Moskvaya qarşı media hücumları ilə mübarizə və inteqrasiyanın gücləndirilməsi yollarını araşdırıblar.

İranın TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini, İranın islami mədəniyyət və irşad nazirinin mətbuat məsələləri üzrə müavini, həmçinin iranlı xəbər agentlikləri və qəzetlərin məsul müdirlərindən bir qrupu Rusiyaya səfərdə İranın media heyətinin üzvləridirlər.

İran-Rusiya media əməkdaşlığı komitəsinin ikinci yığıncağı bazar ertəsi günündən Moskvada işə başlayıbdır.

 

 

Teqlər