Dek 12, 2019 15:06 Asia/Baku
  • Şəmxani: Müxaliflər tərəfindən ölüdüzəltmə planının icrası qətidir
    Şəmxani: Müxaliflər tərəfindən ölüdüzəltmə planının icrası qətidir

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Tehran vilayətinin qərb rayonlarına səfər edib və son hadisələrdə həyatlarını itirənlərin ailələri ilə görüşüb.

Vitse-admiral Şəmxani səmimi atmosferdə keçən bu görüşlərdə həyatlarını itirənlərin ailələrinə mehribançılıq edərək, quruluşun məsul şəxslərinin son hadisələrdə həyatlarını itirənlərin və şəhidlərin möhtərəm ailələrinin dərdlərinin azaldılması və dəymiş xəsarətlərin sürətlə bərpa edilməsində əzmkar olduqlarını bildirib və belə vurğulayıb: Bu milli vəzifənin yerinə yetirilməsinin sürətləndirilməsi üçün bütün milli imkanlardan istifadə, zərurət təşkil edir.

O, deyib: Tehran rayonlarındakı son hadisələrdə həyatlarını itirənlərin 85 faizindən çoxu heç bir etiraz aksiyasında iştirak etməyib. Onlar şübhəli şəkildə qeyri-təşkilati soyuq və odlu silahlarla öldürülüblər. Buna görə, müxaliflər tərəfindən bu bölgədə ölüdüzəltmə planının icrası qətidir.

Şəmxani söyləyib: Bütün ölkə valiləri İslam İnqilabının Böyük Rəhbərinin ciddi tələblərinə və o həzrət tərəfindən elan olunmuş tədbirlərə, həmçinin ölkə prezidenti tərəfindən onlara verilmiş xüsusi ixtiyarlara görə, cihadi addımlarla şəhidlərin və həyatlarını itirənlərin ailələrinin vəziyyətlərinə sürətlə baxmaqla yanaşı, dəqiq və ahəngdar proqramla əhaliyə dəymiş xəsarətlərin bərpası istiqamətində addım atılmalıdırlar.

 

 

Teqlər