Dek 14, 2019 19:50 Asia/Baku
  • İran və Türkiyə bölgənin iki təsiredici ölkəsidir

İran İslam Şurası Məclisinin sədri deyib ki, İran və Türkiyə bölgədə iki təsiredici və mühüm ölkədir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Türkiyənin Antaliya şəhərində keçirilən Asiya Parlamentləri Assambleyasının 12-ci iclasının kənarında Türkiyə parlamentinin sədri Mustafa Şentupla görüşdə əlavə edib: Tehran-Ankara əlaqələri son dərəcə dostcasına və səmimidir və iki ölkə regiondakı bir çox olaylarda, o cümlədən sabit təhlükəsizlikdə ortaq baxışa malikdir.

Türkiyə parlamentinin sədri də deyib: Asiya Parlamentləri Assambleyasının iclası Türkiyə və İran daxil olmaqla müxtəlif ölkələrin ən önəmli ikitərəfli məsələlər ətrafında fikir mübadilələri aparmaları üçün olduqca yaxşı fürsətdir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Asiya Parlamentləri Assambleyasının 12-ci iclasında iştirak etmək məqsədilə şənbə günü Türkiyəyə səfər edib.

Ümumdünya parlamentlərarası birliyindən sonra ən böyük assambleya sayılan Asiya parlamentləri assambleyası 56 parlamenti əhatə edir. Onların arasından 42 ölkə daimi, 14 ölkə isə nəzarətçi ölkədir.

İran İslam Şurası Məclisi Asiya parlamentləri assambleyasının banisidir və onun daimi katibliyi Tehranda yerləşir.

 

 

 

 

Teqlər