Dek 15, 2019 19:04 Asia/Baku
  • İran öz strategiyaları əsasında region tənliklərini dəyişmək bacarığına malikdir
    İran öz strategiyaları əsasında region tənliklərini dəyişmək bacarığına malikdir

İranın müdafiə naziri vurğulayıb: İran beynəlxalq arenada öz rəftar və hərəkət gücü ilə quruluşun strategiyalarına əsasən, region tənliklərini dəyişə bilər.

Briqada generalı Əmir Hatəmi Tehranda keçirilən bir mərasimdə deyib: İran ötən illərdə İran İslam Respublikasının önləyiciliyin qorunması olan strategiyasını həyata keçirə və ilk anda düşmənin təcavüzünə cavab verə bildi. Bu, o deməkdir ki, düşmən İranın gücü, etibarı, iradəsi və sabitliyini qəbul edibdir.

O, söyləyib: İran xalqının maksimum iştirakı ilə ölkənin taleyi və yüksəlişi üçün qərar qəbul edilir və bu qərar daima düşmən üçün olduqca dağıdıcı olacaqdır.

İranın müdafiə naziri əlavə edib: Həmişə müxtəlif istiqamətlərdə lazımi hazırlığa malik olmaq lazımdır ki, öz təsirli və önləyicilik gücünü qorumaqda və yüksəltməkdə olmuş olasan.