Dek 18, 2019 12:55 Asia/Baku
  • İran sanksiyanı fürsətə çevirdi
    İran sanksiyanı fürsətə çevirdi

İran İslam Respublikasının prezidenti ABŞ-ın İrana qarşı zalımcasına sanksiyalarına işarə edib. Bildirib ki, İran düşmənlərin sanksiyaları və maksimum təzyiqlərini müqavimətlə fürsətə çevirdi.

Kuala-Lumpur iclasında iştirak üçün Malayziyaya səfər edən İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün bu ölkədə yaşayan iranlılarla görüşdə əlavə edib: İran xalqı qida maddələri və dərmanı da əhatə edən Amerikanın ədalətsiz sanksiyaları qarşısında müqavimət göstəribdir.

Ruhani bildirib ki, Amerika və sionistlər İrana qarşı sanksiyalar və maksimum təzyiq tətbiq etməklə İran İslam Respublikası quruluşuna zərbə vurmaq ardınca idilər. O, deyib: İranın iqtisadi, siyasi, ictimai, mədəni və müdafiə cəhətlərdən xarici təzyiqlər qarşısında tab gətirməsi keçmişdəkindən daha çox olubdur.

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, sanksiya qarşılıqlı məğlubiyyət yoludur və uzun müddət davam edə bilməz. O, söyləyib: Hamı bilir ki, Amerikanın nüvə anlaşmasından çıxması heç kəsin, hətta Amerikanın və onun müttəfqilərinin belə xeyrinə olmayıbdır.

Ruhani vurğulayıb: Amerikalılar seçdikləri bu yoldan geri dönməyə məcburdurlar. İran da öz müqavimətilə onları bu işə məcbur edəcək.

“İran xalqı həmişə ekstremizm və terrorizmlə müxalif olub” deyən İran İslam Respublikasının prezidenti əlavə edib: İranın mesajı, islami ölkələr xüsusiyyət təşkil etməklə bütün ölkələrlə müxtəlif sahələrdə yaxın əlaqələrin qurulmasıdır.

 

 

Teqlər