Yan 06, 2020 14:27 Asia/Baku
  • İran xalqının milyonluq iştirakı ilə general Soleymanin və onun şəhid silahdaşlarının cənazələri ilə vida mərasimi
    İran xalqının milyonluq iştirakı ilə general Soleymanin və onun şəhid silahdaşlarının cənazələri ilə vida mərasimi

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Qasem Soleymani və onun şəhid silahdaşlarının cənazələri ilə vida mərasimi İran xalqının milyonluq iştirakı ilə Tehranda keçirilib.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər general-leytenant şəhid Qasem Soleymaninin və Əlhəşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndisin, həmçinin Amerika rejiminin son cinayətinin iranlı şəhidlərindən dörd nəfərin cənazələrinə namazda şəhadətin böyük xoşbəxtliyi vasitəsilə yolunun mübarizlərini yüksək qiymətləndirməsinə görə, Allah-Taalaya şükr edib və həmin böyük şəhidlər üçün yüksək dərəcələr diləyiblər.

Namazdan sonra Amerika rejiminin son cinayəti şəhidləri ilə vida mərasimi keçirilib. Xalqın milyonluq iştirakı ilə keçirilən bu mərasimdə ölkə və ordu rəsmiləri, həmçinin müqavimət qruplarının məsul şəxsləri və şəhidlərin silahdaşları da iştirak ediblər.

Tehrandakı bir qrup səfir və xarici nümayəndə də bu mərasimdə iştirak edibdir.

Mərasim iştirakçıları "Amerikaya ölüm!", "Sionist rejimə ölüm!", "Sazişə-yox, təslimə-yox, Amerika ilə döyüş!" və "Vay əgər Xamenei mənə cihad hökmü verə!" şüarları veriblər. Onlar general Soleymaninin və onun şəhid silahdaşlarının intiqamının alınmasını tələb ediblər.

Şəhid general Soleymaninin cənazəsi bu gün axşam Qum şəhərnə köçürülməlidir. İslamın bu böyük sərkərdəsinin dəfn mərasimi çərşənbə axşamı günü Kermanda keçirilməlidir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani və Həşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndis səkkiz nəfərlə birlikdə cümə günü yanvarın üçündə səhər tezdən Bağdad hava limanının yaxınlığında terrorçu və təcavüzkar ABŞ qüvvələrinin hava hücumunda şəhid edildilər.

 

 

Teqlər