Yan 14, 2020 15:44 Asia/Baku
  • Amerikanın bölgədən qovulması ümumi tələbə çevrilib

İran İslam Respublikası Ordusunun baş komandanı Amerikanın hazırkı şəraitdəki zəif mövqeyinə işarə edib və bildirib ki, Amerikanın Qərbi Asiyadan qovulması bu bölgə boyu ümumi tələbə çevrilib.

General-mayor Seyyed Əbdorrəhim Mousəvi İran və İraq xalqlarının Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Qasem Soleymani ilə vida mərasimindəkı iştirak qəhrəmanlığına və İranın Amerikanın terrorçu ordusunun mühüm bazasına qarşı dağıdıcı raket zərbələrinə toxunub. Vurğulayıb ki, bu addımlar bir tərəfdən, İranın birliyi və qüdrətini, digər tərəfdən də düşmənin zəifliyi və acizlyini göz qabağına qoydu.

İran İslam Respublikası Ordusunun baş komandanı həmçinin Tehran ətrafında baş vermiş aviaqəzada həlak olanların ailələrinin kədərilə bölüşərək, vurğulayıb: İran İslam Respublikasının Silahlı Qüvvələri İranın inqilabçı xalqının himayəsilə cinayətkar Amerikanın islami quruluşun dəyərli nailiyyətlərinə xələl gətirməsinə icazə verməyəcəklər.

General Mousəvi həmçinin vurğulayıb: İran səması bütün reyslər üçün həmişəkindən daha təhlükəsiz olaraq, müxtəlif reyslərə xidmətlər göstərməyə hazırdır.