Yan 15, 2020 15:37 Asia/Baku
  • Region gərginlikləri ABŞ-ın cahilliyinin inikasıdır
    Region gərginlikləri ABŞ-ın cahilliyinin inikasıdır

İranın xarici işlər naziri Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Qasem Soleymaninin terror edilməsi və Qərbi Asiyada gərginliklərin artmasını ABŞ-ın cahilliyi və zalımlığının inikası və nəticəsi adlandırıb.

Məhəmməd Cavad Zərif Yeni Dehlidə illik "RAİSİNA" dialoqları yığıncağında əlavə edib: Amerikalılar İraqın suverenliyini pozaraq, bu ölkədə hörmətəlayiq bir komandanı terror etdilər ki, bu da cahillik və zalmlığın nişanəsidir.

Zərif bildirib ki, general-leytenant Soleymani İŞİD ilə mübarizədə yeganə təsirli qüvvə idi. O, deyib: Şəhid Soleymaninin terrorundan Amerika prezidenti Donald Trampdan və İŞİD-dən savayı bir kəs sevinmədi və Hindistanın 430 bölgəsi daxil olmaqla dünyanın müxtəlif bölgələrində insanlar şəhid Soleymaninin xatirəsini yad edərək, matəm saxladılar.

İranın diplomatiya aparatının başçısı həmçinin vurğulayıb ki, İraq xalqı Amerikanın öz ölkəsindən çıxmasını istəyir.