Yan 15, 2020 19:26 Asia/Baku
  • Amerikaya qarşı mübarizə general-leytenant Soleymaninin şəhadətilə beynəlmiləl oldu
    Amerikaya qarşı mübarizə general-leytenant Soleymaninin şəhadətilə beynəlmiləl oldu

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı bildirib ki, amerikalıların fitnəsi həmişə onların öz səhvləri nəticəsində uğursuz qalır. O, vurğulayıb ki, Amerikaya qarşı mübarizə general-leytenant Soleymaninin şəhadətilə beynəlmiləl oldu.

General-mayor pasdar Hoseyn Səlami bu gün Buşehr vilayətinin sərkərdələri və 2121 şəhidinə həsr olunmuş konqresdə belə qeyd edib: Amerikalılar elə zənn edirdilər ki, İran xalqı təhdidlə öz hədəflərindən geri çəkiləcək, amma İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın raket cavabı ilə amerikalıların heybəti sındırıldı.

Genral Səlami həmçinin düşmənlərin İrana qarşı hərtərəfli hücumlarına işarə edərək, belə qeyd edib: İran İslam Respublikası hazırda region və dünyanın siyasi parametrlərində bir qütb və mehvər kimi tanınır.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı habelə İran xalqının general-leytenant şəhid Qasem Soleymani ilə vida mərasimindəki milyonluq iştirakına işarə edib. O, vurğulayıb: Bu əzəmətli mərasim İran xalqının Amerika hökumətinin təxribatçı siyasətlərinə nifrət etidyini göstərir.

 

 

Teqlər