Yan 17, 2020 10:11 Asia/Baku
  • 5 ölkə Ukrayna təyyarəsinin süqutu ilə bağlı birgə bəyanat yayıb
    5 ölkə Ukrayna təyyarəsinin süqutu ilə bağlı birgə bəyanat yayıb

Vətəndaşlarından bir neçəsi Ukrayna təyyarəsinin qəzaya uğraması hadisəsində həlak olmuş Kanada, Ukrayna, İsveç, Əfqanıstan və İngiltərənin xarici işlər nazirləri Londonda keçirdikləri birgə iclasda İranın həmkarlıqlarına görə təşəkkür edib, onun davam etməsi vacibliyini vurğulayaraq, birgə bəyanat yayıblar.

İran nümayəndəsinin iştirakı olmayan, lakin Polşa nümayəndəsinin iştirak etdiyi və Kanadanın Londondakı səfirliyində keçirilən bu iclasın iştirakçıları razılığa gəliblər ki, tam şəffaflıq və ədalətlə Ukrayna təyyarəsinin qəzaya uğraması hadisəsində əməkdaşlıqların davam etdirilməsini izləyəcəklər.

Yanvarın səkkizi səhərçağı Tehrandan Kiyevə uçan Ukrayna hava yollarına məxsus "Boeinq-737" tipli sərnişin təyyarəsi Tehran yaxınlığında qəzaya uğradı və ounun 176 nəfərdən ibarət bütün sərnişinləri və ekipaj üzvləri həlak oldu.