Yan 19, 2020 12:46 Asia/Baku
  • Amerika regiondakı təhlükəli vəziyyətin əsas müqəssiridir
    Amerika regiondakı təhlükəli vəziyyətin əsas müqəssiridir

İranın xarici işlər naziri Qərbi Asiya bölgəsnin hazırkı vəziyyətini təhlükəli adlandırıb və Amerikanı bu vəziyyətin əsas müqəssiri adlandırıb.

Məhəmməd Cavad Zərif dünən axşamçağı yayımlanan Hindistandakı ingilis dilli “Times Now” telekanalının saytı ilə müsahibədə bildirib ki, regiondakı təhlükəli vəziyyətin əsas dəlili Amerikanın zalım və həyasızcasına mövqeləridir. O, əlavə edib: Amerika bütün məsələlərə Qərbi Asiya bölgəsi xalqlarının perspektivindən deyil, öz perspektivindən görür.

Zərif həmçinin region ölkələrinin ümumi fikrinin Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar şəhid Qasem Soleymani ilə bağlı geniş himayələrinə işarə edərək, deyib: Amerika bunu dərk etməlidir ki, general Soleymaninin terrorundan sonra dünyanın müxtəlif bölgələrində onun yad edilməsi üzrə mərasimlər keçirdilər.

İranın xarici işlər naziri söyləyib: Yalnız İŞİD, Amerikanın prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo general Soleymaninin terrorundan sevindilər.

Zərif həmçinin RAİSİNA dialoqları iclasında iştirak üçün Yeni Dehli-yə səfər etməsinə işarə edərək, deyib: Hindistan önəmli bir oyunçudur, buna görə, Tehran Yeni Dehlinin regiondakı həmkarlığın gələcəyində müsbət rol oynamasını gözləyir.