Yan 19, 2020 14:27 Asia/Baku
  • İran nano texnologiyası sahəsində dünyada dördüncüdür
    İran nano texnologiyası sahəsində dünyada dördüncüdür

İranın tib nano texnologiyası cəmiyyətinin sədri İran İslam Respublikasının nano texnologiyası sahəsində dünyada dördüncü olduğunu bildirib.

İranın tib nano texnologiyası cəmiyyətinin sədri Mehdi Rezayət bu gün IRIB ilə müsahibədə deyib: İran üçüncü il dalbadal nano texnologiyası sahəsində dünya üzrə dördüncü yerini qoruyub saxlaya bilibdir.

Rezayət əlavə edib: Nano texnologiyası sahəsində 220 iranlı startap şirkəti fəaliyyət göstərir.

İran nano texnologiyasının inkişaf etdirilməsi qərargahının katibi Səid Sərkar da son vaxtlar bildiribdir ki, İran İslam Respublikasının nano texnologiyası məhsulları dünyanın 45 ölkəsinə ixrac olur.