Yan 21, 2020 18:28 Asia/Baku
  • AFC-nin hərəkəti əsassız olaraq, bir qeyri-idman oyunudur
    AFC-nin hərəkəti əsassız olaraq, bir qeyri-idman oyunudur

İranın xarici işlər naziri deyib ki, Asiya Futbol Konfederasiyasının hərəkəti əsassız olaraq, bir qeyri-idman oyunudur.

Asiya Futbol Konfederasiyası bildiribdir ki, iranlı komandalar Asiya Çempionlar Liqasında öz rəqiblərini qarşılaya bilməzlər.

Məhəmməd Cavad Zərif "Xarici İşlər Nazirliyi İranın futbol klublarının Asiya Çempionlar Liqasındakı ev sahibliklərinin ləğv edilməsilə bağlı hansı addımları atıbdır?" sualının cavabında deyib: Bu gün səhər xarici işlər nazirinin müavinləri, nazirliyin müdirləri və regional asistentlər, idman və gənclər naziri və milli olimpiya komitəsi sədrinin iştirakı ilə bir saat qırx dəqiqəlik bir iclas keçirdik və bu məsələnin araşdırılması və onunla davranmaq üçün müxtəlif metodlar irəli sürüldü.

O, belə qeyd edib: İran regionun ən əmin-aman ölkəsidir. Bu üzdən, bu sahədə tədbirlər görmüşük, zira məlumdur ki, qeyri-idman oyunu başlanıbdır. Ümid edirik ki, adi idman qaydası ilə bu məsələ ilə rəftar ediləcək.