Yan 22, 2020 12:40 Asia/Baku
  • İranın cənub-qərb şəhərlərindən birinin bəsic komandanı terror edilib
    İranın cənub-qərb şəhərlərindən birinin bəsic komandanı terror edilib

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində Sepah-ın Həzrət Vəliyye Əsr(əc) adına korpusunun ictimai əlaqələr bölməsinin müdiri, Darxoveyn şəhərinin bəsic komandanının terror edilməsindən xəbər verib.

Darxoveyn şəhərinin bəsic komandanı Əbdolhoseyn Məcdəmi bu gün səhər tezdən öz mənzili qarşısında iki terrorçu tərəfindən atəşə tutularaq, şəhid edilib.

Neməti indiyədək bir kəsin və ya qrupun bu terrorun məsuliyyətini üzərinə götürmədiyini bildirərək, deyib: Bu barədə təhqiqat başlanıb və tezliklə məlumat veriləcəkdir.

Əbdolhoseyn Məcdəmi hərəm müdafiəçilərindən və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Qasem Soleymaninin silahdaşlarından olubdur.