Yan 22, 2020 13:28 Asia/Baku
  • İranla yox, iqlim dəyişiklikləri ilə vuruşun!
    İranla yox, iqlim dəyişiklikləri ilə vuruşun!

Ekologiya aktivistləri çərşənbə axşamı günü iri bir transparantı nümayiş etdirərək, Amerika prezidenti Donald Trampdan istəyiblər ki, İrana qarşı militarizm yerinə, iqlim dəyişiklikləri ilə vuruşsun!

KAMPAKS qrupuna üzv etirazçılar dağlıq Amden kəndində, üzərində "İranla yox, iqlim dəyişiklikləri ilə vuruşun!" şüarı yazılmış 35 metrlik bir transparantı asaraq nümayiş etdiriblər.

Bu məkan Tramp daxil olmaqla xarici rəsmilərdən ibarət heyəti dünya iqtisadi forumunda iştirak üçün Davosa köçürən vertolyotun içərisindən məlumdur.

Əsas mövzusu ətraf mühit olan bu forumda Tramp bildirib ki, ətraf mühit neft və qazın önəminin qorunmasının kənarında mühüm bir mövzudur. Trampın Amerikanın İranla nüvə anlaşmasından çıxmaq və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq etmək qərarından sonra iki ölkə arasındakı gərginlik artıbdır.