Yan 24, 2020 23:02 Asia/Baku
  • Zərif Adil Əl-Cübəyrə xitabən: Adi ölkələr konsulluqlarını sallaqxanaya çevirmirlər

İran İslam Respublikası xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər üzrə müşavir naziri Adil Əl-Cübəyrin İrana qarşı son açıqlamasına münasibət bildirərək deyib: Adi ölkələr konsulluqlarını sallaqxanaya çevirmir və qonşularına hücum etmirlər.

Səudiyyəli rəsmi Adil Əl-Cübəyr son günlər İran İslam Respublikasını regionda təxribat törətməkdə ittiham edərək, İran normal ölkə olarsa Səudiyyə Ərəbistanı İranla əlaqə yarada biləcək" demişdi. 

Məhəmməd Cavad Zərif Tvitter səhifəsində əlavə olaraq yazıb: Adil bir ölkə qonşularına hücum etməz, insani böhrana səbəb olmaz və müzakirədən boyun qaçırmaz. 

Zərif sonra yazıb: " Bütün bunlarla belə İran müzakirə üçün heç bir ön şərt təyin etmir.