Yan 25, 2020 08:09 Asia/Baku
  • İranın təcili yardım qrupları Türkiyəyə göndərilmək üçün tam hazır vəziyyətə gətirilib
    İranın təcili yardım qrupları Türkiyəyə göndərilmək üçün tam hazır vəziyyətə gətirilib

Türkiyənin şərqində şiddətli zəlzələ hadisəsindən sonra İran İslam Respublikasının səhiyyə Naziri Səid Nəməkinin göstərişi ilə, İranın Təcili Tibbi Yardım Təşkilatının xüsusi əməliyyat qrupları Türkiyəyə yardım göstərməyə ehtiyac olarsa bu ölkəyə göndərilmək üçün tam hazır vəziyyətə gətirilib və

İRNA-nın verdiyi məlumata görə, İranın zəlzələdən zərər çəkənlərə Tibbi Yardıma hazır oldması, bu gün səhər İİR SN-nin Beynəlxalq Əməkdaşlıqlar Baş İdarəsinin vasitəsi ilə Türkiyənin Səhiyyə Nazirliyinin diqqətinə çatdırılıb. 

Türkiyənin Səhiyyə Nazirliyi İranın dərhal yardıma hazır olmasını bildirməsini yüksək qiymətləndirərək, bu ölkədə zəlzələ ilə bağlı durumun nəzarət altında olduğunu bildirib. 

Dünən gecə Türkiyənin şərqində 6.8 bal gücündə zəlzələ baş verib.