Yan 25, 2020 14:51 Asia/Baku
  • Türkiyədə zəlzələ ilə əlaqədar İran, bu ölkə xalqı və hökumətinin kədərini bölüşüb
    Türkiyədə zəlzələ ilə əlaqədar İran, bu ölkə xalqı və hökumətinin kədərini bölüşüb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyədə zəlzələ baş verməsindən təəssüfləndiyini bildirərək , Türkiyə dövləti və xalqı və bu hadisə qurbanlarının ailələrinin kədərini bölüşüb.

İİR XİN sözçüsü Seyid Abbas Musəvi bu gün Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə mülkinin həlak olması münasibəti ilə Türkiyə xalqı və dövlətinə başsağlığı verib. 

Cümə gecə Türkiyənin şərq bölgələrində rixter şkalası ilə 6.8 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində bu saatadək 22 nəfər həlak olub, 1031 nəfər yaralanıb. Hələ yardım əməliyyatının davam etdiyini nəzərə alaraq ölənlər və yaralananların sayı arta bilər.