Yan 25, 2020 14:51 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri Avropada tələbələrin islami cəmiyyətləri birliyinin 54-cü iclasına müraciət ediblər
    İslam inqilabının böyük rəhbəri Avropada tələbələrin islami cəmiyyətləri birliyinin 54-cü iclasına müraciət ediblər

İslam inqilabının böyük rəhbəri Avropada tələbələrin islami cəmiyyətləri birliyinin 54-cü iclasına müraciətində bildiriblər: Bu il sizin iclasınız önəmli hadisələrlə eyni zamanda keçirilir və bu hadisələrin hər biri islami İranın və onun inqilabçı xalqının əzəmət və etibarının göstəricisidir.

Həzrət Ayətullahül-üzma Xamenei bu gün Vyanada səsləndirilən bu müraciətdə bildiriblər: Şəhadətlər, hərbi güc nümayişləri, xalqın misilsiz iştirakı, gənclərin güclü əhval-ruhiyyəsi və sarsılmaz iradəsi, elm və texnologiya sahəsində minlərlə fəal toplumlar, eləcə də İran boyu gənclərin böyük bir hissəsində dini və mənəvi yolseçimi, bütün bunlar müasir dünyada vahid bir fenomenin ərsəyə gəlməsindən xəbər verir, hansı ki, həmin fenomen tarixin gələcəyinə dərin və təyinedici təsirlər buraxa bilər. 

İslam inqilabının böyük rəhbəri, islam inqilabının ikinci addımının bu fenomeni kamilləşdirməli olduğunu bildirərək xatırladıblar: Bu davamlı hərəkətdə alim və imanlı gənclərə ümid və gözləntilər var və siz tarix yaradan bu seçilmişlər sırasında ola bilərsiniz.

Avropada tələbələrin islami cəmiyyətləri birliyinin 54-cü iclası şənbə günü Avstriya paytaxtı Vyanada öz işinə başlayıb.