Fev 15, 2020 17:36 Asia/Baku
  • General Fədəvi: Amerikalılar Əynuləsəd-ə dəyən xəsarətlərin miqdarını etiraf etsinlər
    General Fədəvi: Amerikalılar Əynuləsəd-ə dəyən xəsarətlərin miqdarını etiraf etsinlər

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandan əvəzi amerikalılara tövsiyə edib ki, özləri İranın “Əynuləsəd” amerikan bazasına qarşı hücumundan irəli gələn xəsarətlərin miqdarını etiraf etsinlər.

Briqada generalı pasdar Əli Fədəvi Sepah-ın “Əynuləsəd” bazasına qarşı raket əməliyyatının nəticələri barədə Tehranda keçirilən bir mərasimdə deyib: İranın Amerikanın bu bazasına qarşı hərbi hücumunun cəhətləri, öz partiyalarının oyunlarında amerikalıların özləri tərəfindən aydınlaşacaqdır.

General Fədəvi əlavə edib: Qərb dünyası informasiyalara çatma azadlığı iddiasındadır, amma ötən illər ərzində informasiyalara çatmağa mane olubdur. Onlar mənafeləri tələb edərkən yalan da deyir və heç nədən çəkinmirlər.

Amerikanın müdafiə nazirliyi- Pentaqon fevralın 11-i, səhər tezdən bildirdi ki, bu günədək 109 hərbçi beyin travması ilə aşkar edilib və bu, öncəki məlumata nisbətən 45 nəfər çoxdur.