Fev 15, 2020 21:28 Asia/Baku
  • İran raketlərinin yüksək dəqiqliyi Amerikanı qorxuya salır
    İran raketlərinin yüksək dəqiqliyi Amerikanı qorxuya salır

Bir yapon nəşr yazıb: İranın ABŞ hərbçilərinin İraqdakı bazasına qarşı raket hücumlarının yüksək dəqiqliklə həyata keçirilməsi Vaşinqtonu və müttəfiqlərini qorxuya salıbdır.

“Japon Tayms” nəşri bu gün Amerikanın İraqdakı hərbi bazasını yüksək dəqiqliklə hədəfə alan raketləri iranlıların bu sahədəki irəliləyişlərinin bariz nümunəsi adlandırıb.

“Japon Tayms” vurğulayıb: İranın Amerikanın İraqdakı hərbi bazasına qarşı raket hücumu göstərdi ki, İran düşmənin mövqelərini olduqca yüksək dəqiqliklə məhv edə bilər və bu raket hücumu təhlükəsizlik üzrə ekspertlərin qəhərinə və təəccübünə səbəb olubdur.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah Amerika ordusunun Bağdad hava limanında Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymanini və onun silahdaşlarını terror etmək üzrə cinayətinə cavab olaraq, yanvarın 8-də 13 ədəd raketlə amerikalı hərbçilərin İraqın Ələnbar vilayətində yerləşən Əynuləsəd hərbi bazasını hədəfə aldı.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-dakı məlumatlı bir rəsmi bildirib ki, bu raket əməliyyatında azı 80 amerikan terrorçu hərbçi öldürülüb və 200-dən çox nəfər də yaralanıbdır.

 

 

Teqlər