Fev 16, 2020 13:58 Asia/Baku
  • Dünya ictimaiyyətinin sükutu, cinayətkarları, yəmənli mülkiləri qırmaqda həyasızlaşdırıbdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü səud koalisiyası qüvvələrinin Yəmənin Əlcuf vilayətinin Əlməslub şəhərinə qarşı cinayətkarcasına hücumunu pisləyib.

Səud təcavüzkarlarının cümə günü gecə Yəmənin şimalındakı Əlcuf vilayətinin Əlməslub şəhərinin yaşayış massivlərinə qarşı hava hücumunda azı 40 yəmənli mülki ölüb və yaralanıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün səud təcavüzkarlarının Əlməslub şəhərinə və Yəmənin məzlum xalqına qarşı hücumu qurbanlarının ailələrini kədərinə şərik çıxaraq, deyib: Səud koalisiyası qüvvələrinin savaş meydanlarında biabırçı məğlubiyyətlərə düçar olarkən amerikan silahlarla qadınlar və uşaqlar daxil olmaqla mülkiləri qırğın edirlər.

“Yəməndə insan faciəsinə son qoyulmalıdır!” deyən Mousəvi sözlərinə belə davam edib: Beynəlxalq ictimaiyyətin Yəməndəki hərbi cinayətlər qarşısında susması onların amillərini daha çox mülkini qırmaqda daha da həyasızlaşdırıb və bütün beynəlxalq qanunların və insan haqlarının tapdanmasının davam etməsinə bais olubdur.

ABŞ-dan, əmirliklərdən və bir neçə digər ölkədən dəstək alan Ərəbistan 2015-ci ilin martında Yəmənə soxularaq, bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Ərriyadın və müttəfiqlərinin Yəməndəki təcavüzkarlıqları indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə yəmənlinin yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə gətirib çıxarıbdır.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

 

 

Teqlər