Fev 18, 2020 09:24 Asia/Baku
  • General Səlami: Amerikanın hesablamaları İranın Eynül-Əsədə hücumu ilə alt-üst oldu
    General Səlami: Amerikanın hesablamaları İranın Eynül-Əsədə hücumu ilə alt-üst oldu

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı İranın Amerikanın İraqdakı bazasına hücumunun Vaşinqtonun dünya üzrə hesablamalarını alt-üst etdiyini bildirərək deyib: Bu əməliyyat İranın reaksiyasının hamısı deyildi, əslində bu, ABŞ-ın cinayətinə cavabın başlanğıc nöqtəsidir.

General Mayor Hüseyn Səlami Əl-Məyadin telekanalına verdiyi açıqlamada, Amerikanın Sepahın Qüds Qüvvələrinin komandanı General Leytenant Qasim Süleymanini terror etməkdəki cinayətinə İranın güclü cavabına işarə edərək deyib: Amerikanlar istədikləri hərhansı ölkəyə cavab almadan hücum etməyə alışıblar amma İranın cavabı Vaşinqtonu öz hesablamalarına yenidən baxmaq məcburiyyətində qoydu. 

General Səlami İranın ABŞ-ın Eynül-Əsəd bazasına hücumunun dünya miqyasındakı təsirinə təkid edərək deyib: İran İslam Respublikasının reaksiyası müəyyən coğrafi nöqtədə həyata keçdi amma o dünya səviyyəsində təsirə malik oldu. 

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: İranın ABŞ-ın cinayətinə cavabı sonuncu amerikalının Asiyanın qərbini tərk etdiyi zaman təkmilləşmiş olacaq. 

Teqlər