Fev 21, 2020 08:06 Asia/Baku
  • İran mütləq koronavirusu aradan götürəcək
    İran mütləq koronavirusu aradan götürəcək

İran İslam Respublikasının səhiyyə naziri İranda koronavirusa yoluxanların sayının beş nəfər olduğunu bildirib. O, vurğulayıb ki, İranda koronavirus mütləq aradan götürüləcək.

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin göstərişi ilə İranda koronavirusla bağlı profilaktika və mübarizə qərargahının yaradıldığını bildirən Səid Nəməki deyib ki, bu qərargahın məsuliyyəti səhiyyə nazirinin öhdəsinə düşür.

Nəməki əlavə edib: Koronavirusla bağlı profilaktika və mübarizə qərargahının ilk iclası İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı, Passiv Müdafiə Təşkilatı, Böhranın İdarə Olunması Təşkilatının məsul şəxsləri və bir qrup nazirin iştirakı ilə təşkil olunub və bu xəstəliyin aradan qaldırılması üçün qərarlar çıxarılıbdır.

İran İslam Respublikasının səhiyyə naziri deyib: Cari ilin payızında qrip epidemiyasının aradan qaldırıldığı kimi koronavirus xəstəliyi də nəzarətə alınacaqdır.

Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi günü bildirib ki, Çinin tibbi məlumatlarına əsasən, xəstələrin səksən faizindən çoxunda yüngül əlamətlər var və onlar sağalacaqlar.