Fev 24, 2020 12:14 Asia/Baku
  • AB nüvə anlaşması haqda yalnız danışır
    AB nüvə anlaşması haqda yalnız danışır

İran İslam Şurası Məclisinin sədri dünən gecə Tehranda Avstriyanın xarici işlər naziri Aleksandr Şalenberq ilə görüşdə Avropa ölkələrinin nüvə anlaşması qarşısındakı mövqelərini tənqid edib. Bildirib ki, Avropa Birliyi bir ildir, nüvə anlaşması haqda yalnız söhbət edir.

Avropanın İranla xüsusi ticarət kanalı- İNSTEKS-in faydasızlığına toxunan Əli Laricani söyləyib: İranın nüvə anlaşmasındakı iqtisadi maraqları hələ təmin edilməyibdir.

Avropa Birliyi və Avropa üçlüyü, başqa sözlə, Almaniya, İngiltərə və Fransa Amerikanın 2018-ci il mayın 8-də qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra vəd etdilər ki, İranın iqtisadi maraqlarının təmin edilməsilə bu anlaşmanı qoruyacaqlar, amma indiyədək bu istiqamətdə real addımlar atmaq istiqamətində heç bir uğur qazanmayıblar.

Avropalıların Amerikanın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra İranla müzakirələrdə vəd etdikləri addımlardan biri, hələ həyata keçməyən İNSTEKS-dir.

Avstriyanın xarici işlər naziri də bu görüşdə Tehrana səfərindən məmnunluq ifadə edib və İranı gözəl və sivilizasiyalı bir ölkə adlandırıb. Vurğulayıb ki, bütün səylər nüvə anlaşmasının qorunması və davam etməsinə yönəlməlidir.