Fev 25, 2020 14:00 Asia/Baku
  • Musəvi: Bərcam müştərək komissiyasının növbəti iclasının ixtilafların həlli mexanizminə aidiyyatı yoxdur
    Musəvi: Bərcam müştərək komissiyasının növbəti iclasının ixtilafların həlli mexanizminə aidiyyatı yoxdur

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Vyanada keçiriləcək nüvə sazişi üzrə müştərək komissiyanın iclası adi bir iclas olaraq ixtilafların həlli mexanizimi ilə heç bir əlaqəsi yoxdur.

İRNA-nın verdiyi məlumata görə, Seyid Abbas İraqçı deyib: Nüvə sazişi üzrə müştərək komissiyanın növbəti iclası nazirlərin müavinlər və siyasi müdirlər səviyyəsində keçiriləcək. 

Avropa Birliyi bazar günü nüvə sazişi üzrə müştərək komissiyanın iclasının 26 fevralda Vyanada keçiriləcyindən xəbər verdi. 

İranın Ali Milli Təhlükəsizlik Şurası 2019-cu il mayın 8-də Amerikanın nüvə sazişindən bir tərəfli çıxmasının ildönümündə özünün bu saziş əsasəndakı öhdəliklərini həmin sazişin 26 və 36-cı bəndləri əsasında mərhələli şəkildə azaldacağını və beləliklə öhdəliklərlə hüquqlar arasında balans yaradacağını bildirdi. 

İran dövləti 5 yanvar 2020-ci ildə bir bəyanatda İran İslam Respublikasının öz öhdəliklərini azaltmaq prossesinin 6-cı və sonuncu addımını elan etdi. 

9 gün sonra 14 yanvarda  nüvə sazişinin avropalı tərəfləri Almaniya, Britaniya və Fransa Brüsseldə bir bəyanat yayaraq bu razılaşma üzrə ixtilaların həlli mexanizmini fəallaşdırdıqlarını bildirdilər və bu qərar İranın reaksiyasına səbəb oldu.