Fev 25, 2020 14:02 Asia/Baku
  • Ruhani: Tehran-Şimal magistral yolu iranlı mühəndislərin güc nümayişidir
    Ruhani: Tehran-Şimal magistral yolu iranlı mühəndislərin güc nümayişidir

İran İslam Respublikası Prezidenti Tehran-Şimal magistral yolunun birinci hissəsini istifadəyə verərkən deyib: Bu layihə iranlı mühəndislərinin güc nümayişidir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehran-Şİmal magistral yolunun birinci hissəsinin bir hissəsinə baxış keçirdikdən sonra bu hissənin istifadəyə verilməsinə göstəriş verib. 

İİR prezidenti deyib: Tehran-Şimal magistral yolu yüksək təhlükəsizliyə və dünya standartlarına malik olan yollar sırasında duraraq Asiyanın qərbində misilsizdir yüksək standartlara cavab verən uzun tunellər, müasir texnocetlər, qovuşdurucu tunellər, xüsusi körpülər və beton örtüklər Tehran-Şimal magistral yolunun birinci hissəsinə məxsus özəlliklər olaraq iranlı şirkətlər və mühəndislər tərəfindən inşa edilib. 

32 km uzunluğa malik olan birinci fazanın inşası Tehran-Kərəc- Çalus yolunun 60 km qısalmasına səbəb olur. 

Teqlər