Fev 25, 2020 16:35 Asia/Baku
  • İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb
    İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb

İranın Səhiyyə, Tibbi Təhsil və Müalicə Nazirliyinin mətbuat katibi bu ölkədə koronaviresdan ölənlərin sayını 15 nəfər elan edib.

İranın Səhiyyə, Tibbi Təhsil və Müalicə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur jurnaləstlərə açıqlamasında indiyə kimi 95 nəfərin bu virusa qəti yoluxduğunu söyləyib.

Koronavirusun yayılması 2019-cu il dekabr ayından Çinin şərqində yerləşən Hubey əyalətinin Uhan şəhərindən başlayıb və onun mənşəyinin vəhşi heyvanlar olduğu deyilir.

Sözü gedən virus Çinin 30 əyalətindən başqa 30-dan çox ölkədə; o cümlədən İran, ABŞ, Britaniya, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, Ərəbistan və BƏƏ-də də yayılıbdır.