Fev 26, 2020 19:27 Asia/Baku
  • İran dövləti maliyyə fəaliyyəti üzrə işçi qrupunun qərarını siyasi adlandırıb
    İran dövləti maliyyə fəaliyyəti üzrə işçi qrupunun qərarını siyasi adlandırıb

İran İslam Respublikası dövləti maliyyə fəaliyyəti üzrə işçi qrupunun İranın adını qeyri-həmkar ölkələr qrupuna, yəni qara siyahıya salmaq qərarını İranın bəzi bədxahlarının siyasi məqsədləri və təhrikləri ilə əlaqəli bilib.

İran dövləti bu gün yaydığı bir bəyanatda bildirib: İranın anti-terrorizm siyasəti İran İslam Respublikası quruluşunun ədalətsevər və sülhsevər mahiyyətinə söykənir və bütün sahələrdə, o sıradan terrorizmin maliyyə təmini ilə mübarizə sahəsində ciddi surətdə tətbiq edilir. Bizim terrorizmin maliyyə təmini və pulyuma əleyhinə bütün hərəkətləri izləməkdə məqsədimiz, xalqımızın tələbi, həmçinin dövlət və məclisin müxtəlif dövrlərində qəbul edilmiş daxili qanun və qaydalarımızdır.

Bəyanatda sonra deyilir: İran dövləti bu sahədə digər ölkələrlə həmkarlığı da alqışlayır və daxili qayda-qanunlar istiqamətində və ölkənin məsləhətinə olan bu sahədə beynəlxalq standartlar və dünya ölkələrinin qəbul etdikləri qaydaların icra olunması ilə razılaşıbdır.

Bəyanatda vurğulanır: Amerika hökuməti başda olmaqla İranın bədxahları anti-İran cəbhəsinin yenidən təşkil olunmasına kömək etmək planına malikdirlər.

Maliyyə fəaliyyəti üzrə xüsusi işçi qrupu “terrorizmin maliyyə təmini ilə mübarizə üzrə beynəlxalq problemlərlə uyuşmaması” iddiası ilə İranın adını qara siyahıya daxil edibdir.